Müasir təhsil mühitində qiymətləndirmə yalnız nəticəni ölçmək deyil, həm də şagirdin inkişafını istiqamətləndirmək üçün güclü bir vasitədir. Doğru yanaşma ilə verilən rəy isə öyrənmə prosesini daha mənalı və motivasiyaedici edir.
Əgər sən də qiymətləndirməni müəllim üçün əlavə yük yox, şagird üçün inkişaf motoruna çevirmək istəyirsənsə, bu vebinar məhz sənin üçündür!
Qeydiyyatdan keç
Müasir təhsil mühitində özünü aydın, inamlı və təsirli şəkildə ifadə etmək uğurlu müəllimin əsas bacarıqlarından biridir. Güclü nitq və düzgün qurulmuş təqdimat isə dinləyicinin diqqətini qazanmağın açarıdır.
“Komanda ilə iş və əməkdaşlıq” mövzusunda keçiriləcək seminarımıza qoşularaq komanda daxilində düzgün ünsiyyət, rol bölgüsü və birgə fəaliyyətin səmərəli təşkili ilə bağlı praktiki biliklər əldə edin.
“Təhsil layihələrinin idarə edilməsi” mövzusunda keçiriləcək vebinarımıza qoşularaq layihələrin planlaşdırılması, idarə olunması və uğurla həyata keçirilməsi ilə bağlı praktiki biliklər əldə edin.
Müasir təhsil mühitində müəllimin yalnız bilik ötürməsi kifayət etmir. Şagirdlərlə sağlam ünsiyyət qurmaq, emosiyaları düzgün idarə etmək və empatiya bacarıqları müəllimlik peşəsinin vacib komponentlərindən biridir. Pedaqoji klubun təşkilatçılığı ilə keçiriləcək bu görüşdə təhsil psixologiyası üzrə magistrant və psixoloq-təlimçi Nuranə Fətullayeva müəllimlik fəaliyyətində emosional zəkanın rolu, müəllim-şagird münasibətləri və emosional idarəetmə bacarıqları haqqında faydalı fikirlərini bölüşəcək.
Sizi “Gələcəyin Müəllimi – Şəxsi brend, sosial media və cəmiyyət” mövzusunda keçiriləcək seminara dəvət edirik. Seminar zamanı müəllimlərin şəxsi brend qurması, sosial mediada düzgün mövqe tutması və cəmiyyətdə müəllim nüfuzunun gücləndirilməsi kimi vacib mövzular müzakirə olunacaq.
Təhsil sahəsində fərq yaratmaq istəyənlər üçün yeni imkan! “Təhsil layihələrinin idarə edilməsi” mövzusunda keçiriləcək vebinarımıza qoşularaq layihələrin planlaşdırılması, idarə olunması və uğurla həyata keçirilməsi ilə bağlı praktiki biliklər əldə edin.